Konor Makqreqor ortaq sahibi olduğu BKFC (Bare Knuckle Fighting Championship) promosyonu üçün keçirilən mətbuat konfransında fikirlərini bildirib.
Publika.az xəbər verir ki, irlandiyalı çıxışında Fyodr Yemelyanenko ilə müqavilə imzalamağa eyham vurub.
“Döyüşçü ruhu içimdə yanır. Əgər nitq söyləmək və insanları döyüşə aparmaq üçün gəldiyimi, amma özüm döyüşmək istəmədiyimi fikirləşirsinizsə, bir daha düşünün. Əlbəttə, Konor Makqreqor “Bare Knuckle Fighting Championship”də döyüşəcək, sözlərimi qeyd edin.
Mən bu təşkilatda dünya çempionu titulunu almaq istərdim. Mən “Bare Knuckle” üzrə Dünya Çempionu olmaq istərdim. Bu, karyeranızda vacib bir kəmərdir.