Bakı. Trend:
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarıstart götürəcək.
Trend xəbərverir ki, 1-ci oyun günündə 4 matç keçiriləcək. Bununla dapley-offdan 1/8 finala adlayan ilk 4 komanda müəyyənləşəcək.
Ötən həftə səfərdə "Feyenoord"a uduzan "Milan" Niderland klubuilə bu dəfə evdə qarşılaşacaq.
"Bavariya" ilk matçda məğlub etdiyi "Seltik"lə doğma meydandaüz-üzə gələcək.
Qeyd edək ki, pley-offun digər 4 oyunu sabah keçiriləcək.Mərhələnin qalibləri 1/8 finalda mübarizə aparacaqlar. 1/8 finalınpüşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilkmatçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martdaoynanılacaq.
Çempionlar Liqası, pley-off mərhələsi, cavaboyunları
18 fevral
21:45. "Milan" (İtaliya) – "Feyenoord" (Niderland)
(İlk oyun - 0:1)
00:00. "Benfika" (Portuqaliya) – "Monako" (Fransa)
(İlk oyun - 1:0)
00:00. "Atalanta" (İtaliya) – "Brügge" (Belçika)
(İlk oyun - 1:2)
00:00. "Bavariya" (Almaniya) – "Seltik" (Şotlandiya)
(İlk oyun - 2:1)
19 fevral
21:45. “Borussiya” (Dortmund, Almaniya) - “Sportinq”(Portuqaliya)
(İlk oyun - 3:0)
00:00. PSV (Niderland) - “Yuventus” (İtaliya)
(İlk oyun - 1:2)
00:00. PSJ (Fransa) - “Brest” (Fransa)
(İlk oyun - 3:0)
00:00. “Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə)
(İlk oyun - 3:2)