Bakının Nizami rayonunda 16 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb.
Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü Cavadov Ravin Əbülfət oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əzilməsi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır