RU

Flik onu yenə cəzalandırdı: Bu əməlinə görə

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Jül Kundeni növbəti dəfə cəzalandırıb.

Publika.az xəbər verir ki, fransalı müdafiəçi komandanın düşərgəsinə gec gəldiyinə görə La Liqanın 24-cü turunun "Rayo Valyekano" ilə oyununda (1:0) əsas heyətdən çıxarılıb. Flik oyundan sonra bu barədə ona ünvanlanan suala "yaxşı... bu futboldur və belə şeylər olur", - deyə cavab verib.

Bu, Kunde ilə bağlı ilk belə hadisə deyil. Oktyabrda o, “Alaves”lə oyundan əvvəl düşərgəyə gec gəldiyi üçün ehtiyat oyunçular skamyasına göndərilmişdi.

Избранный
20
16
publika.az

10Источники