B qrupunda yer alan U-21 Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq yığmaları ilə mübarizə aparacaq. 2025-ci ilin martında başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabrına qədər davam edəcək. Xatırladaq ki, Samir Əliyevin istefasından sonra U-21-i kimin çalışdıracağı hələ də bilinmir.
U-21-in sabiq baş məşqçisi Yaşar Vahabzadə püşkü belə dəyərləndirdi:
“Pis qrupa düşməmişik. Portuqaliya ilə Çexiyanı qrupun favoriti saymaq olar. Digər yığmalarla isə mübairzə apara bilərik. Bu qrupda 3-4-cü yerlər uğrunda oynamaq olar”.
Yaşar bəy “AFFA təklif etsə, yenidən U-21-in “sükanı arxasına” keçərsizmi” sualımıza isə belə cavab verdi:
“Hələlik mənə təklif gəlməyib. Belə bir söhbət və ya danışıq yoxdu”.
ƏSƏD SEYİDOV