RU

Sumqaylt

Azərbaycan Respublikasının Prezidenti Müzəffər

Ali Baş Komandan Möhtərəm İlham Əliyev Cənablarına

Surəti :            Azərbaycan Respublikasının Daxili İşlər naziri

Cənab Vilayət Eyvazova

Surəti :           Azərbaycan Respublikasının Baş Dövlət Yol Polisi İdarəsinin rəisi

Surəti :           Azərbaycan Respublikasının baş naziri

cənab Əli Əsədova

Surəti :           AR Milli Məclisinin sədri Sahibə Qafarovaya

Surəti :           Əmək və Əhalinin Sosial Müdafiəsi  naziri cənab Anar Əliyevə

Surəti :           İnsan Hüquqları üzrə müvəkkili, Ombudsman

Səbinə Əliyevaya

Surəti :            TƏBİB-in icraçı direktoru cənab Vüqar Bayramova

Bir qrup çoxsaylı Sumqayıt şəhər sakinlərinin  

M Ü R A C İ Ə T

Gündəlik olaraq dövrü mətbuatdan yol nəqliyyat hadisələri ilə bağlı məlumatları izləyirik. Dövlət Yol Polis Xidmətinin əməkdaşları qanun pozuntularına yol verən sürücülərə qarşı operativ reydlər keçirərək vəzifələrini icra etdikləri üçün onlara minnətdarıq.

Əfuslar olsun ki, Sumqayıt ş., 40-cı məh., ərazisində yerləşən 1 №-li, şəhər xəstəxanasının poliklinika şöbəsinin qarşısı poliklinikadan çox maşın bazarını xatırladır. Poliklina ərazisinə qanunsuz daxil olan avtomobillərin əlindən biz təngə gəlmişik. Poliklinaka ərazisinin bir hissəsini poliklinaknın həkimləri zəbt edərək şəsi avtomobillərini saxlayırlar. Digər hissəsi isə yoldan keçən sürücülər özləri üçün parkovka yerinə çevrilibdir. Poliklinanın 2 girişindən birində maneə baryeri (şlakbaum) olsa da,  digər girişindəki maneə (şlakbaum) naməlum şəxslər tərəfndən sökülüb. Buna görə də istənilən sürücü poliklinika ərasinə daxil olub hətta qapının ağzında maşınlarını rahat parkovka edirlər. Bu da öz poliklinkaya gələn sakinlərin təhlükəsizliyinə ciddi maneə yaradır. Poliklinikanın rəhbərliyi o avtomobilləri niyə görmür ?!

Xahiş edirik sakinlərin poliklinika ərazisinə qanunsuz daxil olan avtomobil sürücüləri barəsində tədbir görməklə yanaşı avtomobillərin poliklina ərazisinə daxil olmasını əngəlləmək üçün poliklinikanın digər girişindən sökülmüş maneənin (şlakbaum) bərpa olunması üçün tədbir görəsiniz.

Öncədən Sizə minnətdarıq.         

Sumqayıt şəhərinin çoxsaylı

sakinləri adından                        Osmanov Aqil

16.02.2025

Ünvan : Sumqayıt ş., Corat bağları ev-231

Tel. 399-90-39

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
27
olaylar.az

1Источники