Ali Baş Komandan Möhtərəm İlham Əliyev Cənablarına
Surəti : Azərbaycan Respublikasının Daxili İşlər naziri
Cənab Vilayət Eyvazova
Surəti : Azərbaycan Respublikasının Baş Dövlət Yol Polisi İdarəsinin rəisi
Surəti : Azərbaycan Respublikasının baş naziri
cənab Əli Əsədova
Surəti : AR Milli Məclisinin sədri Sahibə Qafarovaya
Surəti : Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Anar Əliyevə
Surəti : İnsan Hüquqları üzrə müvəkkili, Ombudsman
Səbinə Əliyevaya
Surəti : TƏBİB-in icraçı direktoru cənab Vüqar Bayramova
Bir qrup çoxsaylı Sumqayıt şəhər sakinlərinin
M Ü R A C İ Ə T
Gündəlik olaraq dövrü mətbuatdan yol nəqliyyat hadisələri ilə bağlı məlumatları izləyirik. Dövlət Yol Polis Xidmətinin əməkdaşları qanun pozuntularına yol verən sürücülərə qarşı operativ reydlər keçirərək vəzifələrini icra etdikləri üçün onlara minnətdarıq.
Əfuslar olsun ki, Sumqayıt ş., 40-cı məh., ərazisində yerləşən 1 №-li, şəhər xəstəxanasının poliklinika şöbəsinin qarşısı poliklinikadan çox maşın bazarını xatırladır. Poliklina ərazisinə qanunsuz daxil olan avtomobillərin əlindən biz təngə gəlmişik. Poliklinaka ərazisinin bir hissəsini poliklinaknın həkimləri zəbt edərək şəsi avtomobillərini saxlayırlar. Digər hissəsi isə yoldan keçən sürücülər özləri üçün parkovka yerinə çevrilibdir. Poliklinanın 2 girişindən birində maneə baryeri (şlakbaum) olsa da, digər girişindəki maneə (şlakbaum) naməlum şəxslər tərəfndən sökülüb. Buna görə də istənilən sürücü poliklinika ərasinə daxil olub hətta qapının ağzında maşınlarını rahat parkovka edirlər. Bu da öz poliklinkaya gələn sakinlərin təhlükəsizliyinə ciddi maneə yaradır. Poliklinikanın rəhbərliyi o avtomobilləri niyə görmür ?!
Xahiş edirik sakinlərin poliklinika ərazisinə qanunsuz daxil olan avtomobil sürücüləri barəsində tədbir görməklə yanaşı avtomobillərin poliklina ərazisinə daxil olmasını əngəlləmək üçün poliklinikanın digər girişindən sökülmüş maneənin (şlakbaum) bərpa olunması üçün tədbir görəsiniz.
Öncədən Sizə minnətdarıq.
Sumqayıt şəhərinin çoxsaylı
sakinləri adından Osmanov Aqil
16.02.2025
Ünvan : Sumqayıt ş., Corat bağları ev-231
Tel. 399-90-39