RU

Bəşər Əsədi təhqir edən şəxs Tehranda həbs edildi

İranın əhlükəsizlik məmurları Tehranın "Si metri" bölgəsində Suriyanın keçmiş prezidenti Bəşar Əsədi təhqir edən şəxsi həbs edərək naməlum yerə aparıblar.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, həbs edilən şəxs Gülüstan  əyalətinin Azadşəhr şəhərindən olan Xosro Azərbəy Məhəmmədbaqir oğludur.

Təhlükəsizlik qüvvələri Azərbəyin ailəsinin onun həbs səbəbi barədə suallarına cavab olaraq “Bəşər Əsədi təhqir etmək”də ittiham olunduğunu bildiriblər.

51 yaşlı musiqiçi və mədəni fəalın harada saxlanıldığı barədə açıqlama verilməyib.

visiontv.az



Избранный
57
50
visiontv.az

10Источники