Türkiyə ordusu İraqın şimalındakı Qara və “Pəncə-Kilid” antiterror əməliyyatı bölgələrində 2 PKK terrorçusunu zərərsizləşdirib.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Əsgərlərimizin terrora və terrorçulara qarşı qəhrəmancasına mübarizəsi davam edəcək”, - deyə vurğulanıb.
Qeyd edək ki, Türkiyə ordusu Suriya və İraqın şimalında terrorçulara qarşı aktiv əməliyyatlarını fasiləsiz olaraq davam etdirir.
Daşqın HəsənovMissiya.Az