AZ

Türkiyə ordusu İraqın şimalında 2 terrorçunu məhv edib

Türkiyə ordusu İraqın şimalındakı Qara və “Pəncə-Kilid” antiterror əməliyyatı bölgələrində 2 PKK terrorçusunu zərərsizləşdirib.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Əsgərlərimizin terrora və terrorçulara qarşı qəhrəmancasına mübarizəsi davam edəcək”, - deyə vurğulanıb.

Qeyd edək ki, Türkiyə ordusu Suriya və İraqın şimalında terrorçulara qarşı aktiv əməliyyatlarını fasiləsiz olaraq davam etdirir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
4
4
missiya.az

10Mənbələr