''Beşiktaş'' müqavilə müddəti mövsümün sonunda bitəcək iki futbolçu ilə yeni anlaşma əldə edib.
''Football-plus.az'' xəbər verir ki, söhbət Nəcip Uysal və Mustafa Həkimoğludan gedir. Hər iki futbolçu ''Beşiktaş''ın öz yetirməsidi. Nəcip ümumiyyətlə, klubuna indiki futbolçularda çox nadir hallarda rast gəlinən sadiqlik nümayiş etdirir.
34 yaşlı futbolçu 2009-dan əsas komandadadı və ''Beşiktaş''da 16-cı mövsümünü keçirir. Müqaviləsini 2027-yə qədər yeniləyən təcrübəli futbolçu daha iki il doğma klubunda qalacaq. Nəcip bu mövsümün əvvəlində şanssız zədə alaraq uzun müddətə sıradan çıxıb. Avqustdan bu yana oynamayan Uysal artıq komanda ilə məşqlər edir. Universal futbolçunun qarşıdakı oyunlarda şans qazanacağı gözlənilir. Gənc Mustafa isə 2017-dən ''Beşiktaş''ın akademiyasında böyüyüb və 2023-dən etibarən əsas komandadadı. Mustafanın 18 yaşı yalnız aprelin 22-də tamam olacaq.
O indiyə qədər ''ağ-qaralar''da 28 oyuna çıxaraq 1 qol vurub. Həmin qolu bu mövsümün əvvəlində ölkə superkubokunda ''Qalatasaray''la qarşılaşmada (5:0) vurub. Transfer dəyəri 2,5 milyon avro olan gənc forvardla üçillik yeni müqavilə imzalanıb. Yəni o, 2028-in yayına qədər doğma klubunda qalacaq.
ƏLİ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта