RU

Azərbaycan millisi məğlub oldu

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirib.

Modern.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan yığma Şimali İrlandiya seçməsi ilə üz-üzə gəlib. Albaniyanın paytaxtı Tiranada yerləşən “House of Football Natural Pitch” stadionunda təşkil olunan qarşılaşma Şimali İrlandiya millisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 növbəti oyununu fevralın 21-də meydan sahibi Albaniya kollektivinə qarşı keçirəcək.

"Cebheinfo.az"

Избранный
76
11
cebheinfo.az

10Источники