RU

Lavrova qarşı birtərəfli sanksiyalar ləğv edilə bilər

ABŞ Dövlət katibi Marko Rubio gələcəkdə Rusiya xarici işlər naziri Sergey Lavrova qarşı birtərəfli sanksiyaların ləğvi ehtimalını istisna etməyib.

SeherXeber.org xəbər verir ki, bu barədə Rubio Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş Rusiya-ABŞ danışıqlarının yekununda bildirib.

“Biz hələ ki, danşıqların o səviyyəsində deyilik. Amma, əlbəttə ki, müzakirə edilməli olan bir sıra mövzular var”, - o, mətbuat konfransında Vaşinqtonun gələcək addımlarının Lavrova qarşı sanksiyaların ləğvini əhatə edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Rubio vurğulayıb ki, hələ bu prosesə başlamayıblar, ilkin razılıq isə əldə olunub.

Избранный
59
50
seherxeber.org

10Источники