RU

Ançelotti ÇL hakimlərini daha keyfiyyətli sayır

style='margin-bottom:10px;'>

"Real"ın baş məşqçisi Karlo Ançelotti avrokuboklarda idarə edən hakimləri İspaniya ilə müqayisədə daha keyfiyyətli hesab edir. 

QOL.az AS nəşrinə istinadən xəbər verir ki, o bununla bağlı sualları cavablandırıb: 

- "Barselona"nın "Rayo Valekano" ilə matçı haqda nə düşünürsünüz? 

- Deyəcək bir şey yoxdur. Mən artıq öz fikrimi bildirmişəm ki, inanılmaz şeylər baş verir. Bu haqda əlavə etməyə bir şey yoxdur. "Osasuna" və "Atletiko" ilə matçlarda olanlar... Üç oyun oldu ki, orda olan qərarlar bizə təsir etdilər. Biz hələ də onları anlaya bilmirik. 

- Avrokuboklardakı hakimliklə daha rahatsınız? 

- Bəli, statistika bunu təsdiqləyir. Avrokuboklarda daha aç mübahisələr və VAR tərəfindən müdaxilələr olur. O, ancaq lazım olanda işləyir. Çempionlar Liqasında hər ölkənin ən yaxşı hakimləri oyunu idarə edir. Onlar yüksək keyfiyyət göstərirlər.

Избранный
6
teleqraf.com

1Источники