"Arda Gülər heyrətamiz futbolçudur. O, böyük potensiala malikdir. Onun "Real"da parlaq gələcəyi ola bilər".
Offsideplus.az xəbər verir ki, bu sözləri Madrid "Real"ının kapitanı Federiko Valverde deyib.
Türkiyəli futbolçunun üstün cəhətlərindən danışan Valverde onu ağızdolusu tərifləyib: "Ardada kumir olmaq üçün hər şey var. Biz onunla eyni klubda yer almaqdan çox məmnunuq. Onda nümunəyə çevrilmək, Madriddə iz buraxmaq üçün bütün keyfiyyətlər mövcuddur".
Qeyd edək ki, Arda "Real"a 2023-cü ildə "Fənərbaxça"dan keçib. Bu müddət ərzində gənc yarımmüdafiəçi 40 oyunda forma geyinib, 9 qol vurub, 5 assist edib.