RU

Bakıda ticarət dövriyyəsinin həcmi 38 milyard manata yaxınlaşıb

2024-cü ildə Bakıda ticarət dövriyyəsinin həcmi  37 milyard 756,2 milyon manat olub.

Bu barədə FED.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə bu 2023-cü illə müqayisədə 4,6% çoxdur.

Qeyd edilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 2,5 faiz artaraq 21 milyard 339,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,6 faiz artaraq 16416,8 milyon manata bərabər olub. İstehlak məhsullarının 32,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 55,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,8 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

Избранный
14
7
fed.az

9Источники