2024-cü ildə Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 1 milyard 696 milyon manat olub.

İndex.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,8 % çoxdur.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 938,9 milyon manat olub. Bu, ümumi dövriyyənin 55,4 %-ini təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü illə müqayisədə real ifadədə 13,2 % artaraq 2 milyard 374,3 milyon manat olub.