RU

Azərbaycan neftinin qiyməti bahalaşdı

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,68 ABŞ dolları və ya 0,88% artaraq 77,48 dollar/barel təşkil edib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,7 dollar və ya 0,92% bahalaşaraq 76,08 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,66 dollar və ya 1,09% artaraq 60,75 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,46 dollar və ya 0,61% artaraq 75,71 dollar/barel təşkil edib.

Fevralın 19-na olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Избранный
47
15
kommersant.az

10Источники