Tailand sülh və tərəfdaşlığı təşviq etməyə sadiqdir.
“Report” xəbər verir ki, bunu Tailand Nümayəndələr Palatası sədrinin müavini Paradorn Prissananantakul Asiya Parlament Assambleyasının (APA) fevralın 19-da Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən 15-ci plenar sessiyasında deyib.
O, Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik edib:
“Azərbaycan Qoşulmama Hərəkatına da uğurla sədrlik etdi. İndi isə 2024-2026-cı illər üzrə AQEM sədridir. AQEM-in hazırkı sədri kimi Azərbaycanı təbrik edirəm”.
P.Prissananantakul daha sonra ölkəsinin mövcud imkanlarından söz açıb:
"Tailand səhiyyə üçün qlobal mərkəz olmaqdan qürur duyur. Bizdə səhiyyə, sağlamlıqla bağlı imkanlar genişdir və bu istiqamətdə dünyaya öz töhfəmizi verməkdən qürurluyuq”.