RU

Yaponiyanın Tsukuba Universitetinin professorları BDU-da olub - FOTOLAR

Yaponiyanın Tsukuba Universitetinin professorları Hayate Sotome, Yuji Kajima və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terasava Mitsiko Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində olublar.

QHT.az xəbər verir ki, BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov iki universitet arasında əməkdaşlıq memorandumunun əhəmiyyətindən danışıb və bu əməkdaşlığın tədqiqat layihələri, akademik mübadilə və ortaq proqramların yaradılmasına müsbət təsir göstərəcəyini qeyd edib. Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan isə yapon dilinin öyrənilməsi sahəsində əməkdaşlığın inkişafına vurğulayıb.

Görüşdə gələcək əməkdaşlıq sahələri müzakirə edilib və qonaqlar BDU tələbələrinə Yaponiyada təhsil imkanları barədə infosessiya keçiriblər.

Избранный
19
3
qht.az

4Источники