RU

Azərbaycanda aviasiya personalına dair tələblərin pozulmasına görə yeni cərimələr müəyyənləşir

Azərbaycanda aviasiya sahəsində yol verilən bəzi pozuntulara görə cərimələr artırılır, yeni cərimələr müəyyənləşir.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Layihəyə əsasən, razılıq olmadan aviasiya hadisəsinin və ya insidentinin baş verdiyi yerdə aşkar edilən hava gəmisinin hər hansı elementinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) yığışdırılmasına və ya götürülməsinə görə cərimə 500 manatdan 600 manata qaldırılır.

Məcəlləyə təklif edilən yeni maddəyə əsasən isə aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyətinə, o cümlədən aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılmasına və araşdırmanın nəticələrinə dair hesabatın tərtib edilməsinə müdaxilə olunmasına görə fiziki şəxslər 1000 manat məbləğində, vəzifəli şəxslər 5 000 manat məbləğində, hüquqi şəxslər 10 000 manat məbləğində cərimə ediləcəklər.

Aviasiya personalına dair tələblərin pozulmasına görə də yeni cərimələr müəyyənləşir. Belə ki, şəhadətnamə, vəsiqə və sertifikata malik olmayan və ya digər dövlətdə verilən, müvafiq qaydada tanınmalı olan analoji sənədə malik olmayan şəxslərin mülki aviasiya personalı qismində fəaliyyət göstərməsinə görə fiziki şəxslər 3 000 manat məbləğində, vəzifəli şəxslər 5 000 manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcəklər.

Hava gəmilərinin uçuş və kabinə heyətlərinin, habelə aeronaviqasiya xidmətlərinin təmin edilməsinə cəlb olunan havada hərəkəti idarəetmə dispetçerlərinin ixtisaslarına uyğun müvafiq təlim, hazırlıq və tibbi yoxlamadan keçirilməsinin təmin edilməməsinə görə fiziki şəxslər dörd min manat, vəzifəli şəxslər 8 000 manat, hüquqi şəxslər 30 000 manat məbləğində cərimə ediləcəklər.

Mülki pilotsuz uçuş aparatı sistemlərinin istismarına dair ümumi tələblərin pozulmasına görə də cərimələr müəyyənləşir. Belə ki, müvafiq icazə alınmadan model pilotsuz uçuş aparatı klubu ev ya assosiasiyasının fəaliyyət göstərməsinə görə fiziki şəxslər 3 000 manat, vəzifəli şəxslər 5 000 manat, hüquqi şəxslər 8 000 manat məbləğində cərimə ediləcəklər.

Həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəzin icazəsi olmadan nəzarət olunan hava məkanında və aerodromyanı ərazidə mülki pilotsuz uçuş aparatı sistemləri əməliyyatlarının həyata keçirilməsinə görə fiziki şəxslər 3 000 manat, vəzifəli şəxslər 7 000 manat, hüquqi şəxslər 15 000 min manat məbləğində cərimə ediləcəklər.

Məcəlləyə təklif edilən daha bir dəyişikliyə görə isə məsafədən idarə edən pilotun (operatorun) əməliyyatın dayandırılması və ya dəyişdirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəzin verdiyi göstərişi dərhal yerinə yetirməməsinə görə fiziki şəxslər 4 000 manat, vəzifəli şəxslər 7 000 manat, hüquqi şəxslər 17 min manat məbləğində cərimə ediləcəklər.

Избранный
87
16
aznews.az

10Источники