AzVision.az xəbər verir ki, Budapeştin rəsmi açıqlamasında Aİ-nin yeni sanksiya paketinin Macarıstan üçün müəyyən güzəştlər nəzərdə tutduğu bildirilir.
“Biz nail olduq ki, 16-cı sanksiyalar paketi “MOL” şirkəti tərəfindən gətirilən Rusiyanın neft məhsullarının Bratislavadakı “Slovnaft” zavodunda emal edildikdən sonra Macarıstanda onun istifadəsinə icazə verilsin. Bu, bizim enerji təhlükəsizliyimizi əhəmiyyətli dərəcədə artıracaq”,- Macarıstan XİN-in Peter Siyarto vurğulayıb.
Bundan əvvəl Aİ ölkələri Rusiyanın alüminiumuna, neftinə və bank sektoruna qarşı yeni sanksiyalar paketi barədə razılığa gəliblər. Bu, Rusiyanın Ukrayna genişmiqyaslı hərbi müdaxiləsinin başlanmasından bəri 16-cı sanksiyalar paketidir ki, bu da digər məsələlərlə yanaşı, Rusiyanın neft ixracına əlavə məhdudiyyətlər nəzərdə tutur.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта