Bazar günü - Fevralın 24-da oynanacaq "Qalatasaray" - "Fənərbağça" oyununu yerli hakim idarə etməyəcək.
Mia.az TRT-yə istinsdla xəbər verir ki, bu barədə yayılan xəbəri TFF prezidenti İbrahim Hacıosmanoğlu təsdiqləyib.
O bildirib ki, artıq Qalatasaray-Fənərbağça derbisini əcnəbi hakimin idarə edəcəyi dəqiqləşdirilib: "Bu qərar Türkiyə futbol tarixində ilk dəfə olaraq qəbul edilib. Deyə bilərəm ki, həmin hakim dünyanın hər yerində tanınan əcnəbi hakm olacaq. Düzdür, MHK hakimləri təyin edir. Həftə sonu onun adını açqılayacaqlar".
Fərid ASLAN
MİA.AZ