Ağsu təmsilçisi 1-ci liqanın 14-cü turunda “Zaqatala”nın qonağı oldu. Komandanı bu oyuna köməkçi məşqçi Aydın Qasımov çıxarmışdı. Amma “sükan arxasına” Novruz Əzimovun keçəcəyi bəllidi.
Maraqlıdı, yeni baş məşqçi oyunu stadiondan izləyibmi?
Bu sualı “Difai”nin prezidenti Asəf Məlikova ünvanladıq:
“Bəli, təyinat baş tutub. Baş məşqçi stadionda deyildi. Novruz bəy komandanın durumu ilə tanışdı. Komandanın çıxışı məni tam qane edir. Məşqçi heyətindən və futbolçulardan tam razıyam. Bu heyətlə 1-ci liqada qalacağımızı düşünürəm”.
Xatırladaq ki, 14 turdan sonra “Difai” 10 xalla 9-cu pillədə qərarlaşıb.
ƏSƏD SEYİDOV