RU

Politoloq: Tramp və Putin arasında razılıq əldə olunduğu təqdirdə dünya nizamı formalaşacaq

Rusiya dövlət başçısı Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın görüşünə hazırlaşmaq üçün vaxt lazımdır. Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Putin-Tramp görüşü fevralın sonuna kimi də, gec də baş tuta bilər. Kremlin sözçüsü qeyd edib ki, “Rusiya ilə ABŞ arasında münasibətlərin əvvəlcə reanimasiyasına, sonra isə bərpasına ehtiyac olacaq”. Peskov vurğulayıb ki, ABŞ ilə münasibətlərin bərpasında ilk addım atılıb, nəticə çıxarmaq isə hələ tezdir, amma əhval-ruhiyyə işgüzardır. Rusiya Federasiyası və ABŞ dünən ilk növbədə öz münasibətlərini müzakirə ediblər. Ölkələr arasında münasibətlərdə hər şeyi bir gündə düzəltmək mümkün deyil. 

Politoloq Tofiq Abbasov “Sherg.az”a söyləyib ki, sözügedən görüşlə bzğlı hazırlıq işləri artıq aparılır:

“Tərəflər görüşün mütləq şəkildə təşkil oluacağını da gizlətmirlər. Əlbəttə, bu görüşə böyük ehtiyac var. Çünki Rusiya və Amerika tərəfindən bu proseslərdə çox önəmli şəxslər iştirak edib. Hətta Trampın müharibələrin əleyhinəyəm və Ukrayna savaşı tezliklə bitməlidir şəklində çağırışı var. Bu çox vacib bir mesajdır. Rusiya öz mənliyini qoruyaraq Amerikanın təsiri altında olmadan onun dedikləriylə razı olacaq şəkildə situasiya yaradacaq. Ümumiyyəttlə Amerika öz qütrətinə, iqtisadi və hərbi potensialına görə bir nömrəli məmləkətdir. Rusiya isə nüvə başlıqlarının sayına görə Amerikanı üstələyir. Yəni iki lider arasında bir çox məsələlərlə bağlı razılıq əldə olunduğu təqdirdə dünya nizamının formalaşmasını əməli formada görəcəyik. Digər tərəfdən Ukrayna müharibəsində tərəflər kifayət qədər itkilərlər üzləşiblər və hər iki tərəfin əks hücumları effektiv nəticə vermir. Burada potensial tükənib və döyüşən şəxslər yorulublar. Avropa istəyir ki, savaş getdikcə uzansın. Amma müharibənin uzanmasının Ukraynaya heç bir xeyri olmayacaq. Düzdüz, Qərbin xüsusilə də Avropa məmləkətlərinin əsas istəkləri Rusiyanın maksimum dərəcədə zəifləməsidir. Qərb ölkələri Rusiyanı zəiflətməklə onunla diktat dilində danışmaq istəyir. Lakin bunlar da sadəcə xülyadan ibarətdir, çünki Rusiya onların istədiyi qədər zəifləyə bilməz. Donald Tramp çox praqmatik şəxsdir və uzun-uzadı söhbətlərin mənasız olduğunu anlayır. Ona görə də məsələlərə ciddi şəkildə yanaşıb həll etməyin tərəfdarıdır. Əgər tərəflər arasında etibarlı dialoq formalaşsa, etimad mühiti yaranar və müəyyən məsələlərlə bağlı razılıq əldə olunar. Dünyada gedən savaşlar çox sadə şəkildə başlayır və daha sonra onun qarşısını almaq olmur. Donald Tramp hazırda fərqli yanaşma ortaya qoyur və bu yalnız müsbət dəyişiklikləri vəd edir”.
Избранный
29
50
sherg.az

10Источники