Demokrat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, dünyada müdafiə sənayesi sahəsindəki ən böyük sərgilərdən biri olan, 65 ölkədən 1560 şirkətin öz məhsullarını nümayiş etdirdiyi IDEX sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi də stendlə təmsil olunur.
Baş direktor Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin, eləcə də digər ölkələrə məxsus şirkətlərin stendlərində nümayiş olunan müasir silah və texnika nümunələri ilə tanış olub.
Sərgi çərçivəsində A.Qurbanov Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri cənab Robert Kalinak, Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov, İtaliya müdafiə naziri Quido Krosetto, Türkiyə milli müdafiə nazirinin müavini Musa Heybet, eləcə də dünyanın bir neçə aparıcı şirkətlərinin rəhbər heyətləri ilə görüşüb.
Keçirilən görüşlər zamanı hərbi, hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.



10Источники
-
sia.azAzərbaycan müdafiə nazirinin müavini IDEX sərgisində iştirak edir ( 15580075)
-
publika.azAqil Qurbanov BƏƏ-də IDEX sərgisində iştirak edir ( 15577299)
-
demokrat.azAzərbaycan müdafiə nazirinin müavini IDEX sərgisində iştirak edir — FOTOLAR ( 15577073)
-
herbiand.azAzərbaycan müdafiə nazirinin müavini IDEX sərgisində iştirak edir ( 15576875)
-
aznews.azMüdafiə Nazirliyinin baş direktoru Abu Dabidə IDEX sərgisində iştirak edir ( 15576769)
-
hokm.azMüdafiə nazirinin müavini IDEX sərgisində ( 15576703)
-
cebheinfo.azMüdafiə nazirinin müavini IDEX sərgisində - FOTOLAR ( 15576701)
-
turkic.worldAbu Dabidə Azərbaycan və BƏƏ arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub ( 15576669)
-
operativmedia.azAzərbaycan müdafiə nazirinin müavini IDEX sərgisində iştirak edir ( 15576567)
-
busaat.azAzərbaycan müdafiə nazirinin müavini IDEX sərgisində iştirak edir ( 15576557)