
Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.
Reyting.az xəbər verir ki, sərəncama əsasən, Ağdaş rayonunun Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolu əsaslı təmirii üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,5 milyon manat ayrılıb.