Bakı, 19 fevral, AZƏRTAC
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Tunar Muradov Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kuboku turnirində Qazaxıstan kollektivi ilə keçirilən görüşün ən yaxşı oyunçusu seçilib.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli komandanın 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra futbolçuya təşkilatçılar tərəfindən qol saatı hədiyyə olunub.
Qeyd edək ki, qrup mərhələsinin II turunda U-17-nin İran seçməsi (1:0) ilə matçının ən yaxşısı Azərbaycan yığmasının qapıçısı Elbrus Kərimov seçilmişdi.