RU

Azərbaycanlı futbolçu ən yaxşı seçilib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Tunar Muradov Qazaxıstan yığması ilə keçirilən görüşün ən yaxşı oyunçusu seçilib.

İdman.biz xəbər verir ki, o, Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kuboku turnirində bu mükafata layiq görülüb.

Millimizin 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra Muradova təşkilatçılar tərəfindən qol saatı hədiyyə olunub.

Qeyd edək ki, qrup mərhələsinin II turunda U-17-nin İran seçməsi (1:0) ilə matçının ən yaxşısı qapıçımız Elbrus Kərimov seçilib.

İdman.biz

Избранный
62
9
idman.biz

10Источники