RU

“Konkret deyə bilmərik ki, hansısa futbolçu və ya məşqçi uduzdu” – “Forza Neftçi”dən reaksiya

Misli premyer-liqasının 23-cü turunda “Neftçi” Azərbaycan derbisində minimal hesabla məğlub oldu (0:1).

Cari mövsümün tamaşaçı rekordu da “Neftçi”- “Qarabağ” oyununda qeydə alındı – tribunalarda 9355 azarkeş var idi. Amma “ağ-qaralar” azarleşlərini üzdü.

Bu məğlubiyyətlə bağlı “Forza Neftçi” azarkeş qrupunun üzvü Tural Alışovun fikirlərini öyrəndik:

“Komanda məğlub olub. Konkret deyə bilmərik ki, hansısa futbolçu və ya məşqçi uduzdu. Zamana buraxmışıq. Mövsümün yekununda “Forza Neftçi” olaraq, açıqlama verəcəyik”.

ƏSƏD SEYİDOV
Избранный
48
football-plus.az

1Источники