RU

Kür çayında iki nəfər batıb

Hər iki şəxsin balıqçı olduğu deyilir.

Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb.

Operativ Media xəbər veri ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Batanlardan biri Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlu, digəri Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Müşfiq İsmayılovdur. Hər iki şəxsin balıqçı olduğu deyilir.

Hadisənin qayığın çevrilməsi səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
26
6
operativmedia.az

10Источники