RU

Bu piyadalar 40 manat cərimələnəcək

Piyadalar tərəfindən dəmir yolunun piyadaların keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçilməsinə görə yeni cərimə müəyyənləşir. Layihəyə əsasən, qırx manat məbləğində cərimə tətbiq ediləcək.

Demokrat.az Xəzər TV-yə istinadən bildirir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Həmçinin Dəmir yolu nəqliyyatında təhlükəsizlik qaydalarının pozulmasına görə də cərimələr artırılır. Belə ki, dəmir yolu nəqliyyatı vasitələrinin və daxili avadanlığının zədələnməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə ediləcək. Qüvvədə olan Məcəlləyə əsasən, vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya daxili avadanlığının zədələnməsinə görə yüz manat məbləğində cərimə olunur.

Избранный
13
10
demokrat.az

10Источники