RU

Lökbatanda AĞIR QƏZA - Ər-arvad öldü

Bu gün, 09:43

Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.
Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.
Vasif Hüseynovun idarə etdiyi "Mercedes Actros" markalı yük avtomobili ilə Şövqi Kərimovun idarə etdiyi BMW markalı avtomobil toqquşub.
Nəticədə minik avtomobilin sürücüsü Şövqi Kərimov və sərnişini olan həyat yoldaşı Aytac Kərimova hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb...//Report

Избранный
24
19
Reportyor.tv

10Источники