“Ukrayna Prezidenti Volodimir Zelenski 3 ildir ki, heç bir danışıqlar təşkil etmədiyi üçün müharibəni bitirməkdə maraqlı olmayıb”.
Missiya.Az “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Biz Rusiya ilə müharibəni necə bitirmək barədə uğurla danışıqlar aparırıq. Bunu yalnız Tramp administrasiyası edə bilər, hətta Rusiya Prezidenti Vladimir Putin də bunu etiraf etdi. Bilmirəm, Zelenski nə istəyir. O, Səudiyyə Ərəbistanına dəvət olunmadığına görə qəzəblənir. Amma üç ildir ki, o, bir dəfə də olsun görüş və telefon danışığı təşkil etməyib", - deyə siyasətçi vurğulayıb.
ABŞ Prezidentinin sözlərinə görə, Zelenski seçkiləri təşkil etməkdən imtina edir, çünki onun aşağı reytinqi var.
Tramp qeyd edib ki, mən Ukraynanı sevirəm, lakin Zelenski çox pis iş görüb.
Daşqın HəsənovMissiya.Az