RU

Yük avtomobili və "BMW"TOQQUŞDU: Ər-arvad ÖLDÜ - YENİLƏNİB

"Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsindən Xocəsən qəsəbəsi istiqamətində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, bir nəfər xəsarət alıb".

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli deyib.

"Hadisə 19 fevral saat 20:00-da qeydə alınıb. Belə ki, BMW markalı, 90-UC-335 dövlət nömrə nişanlı avtomobillə "Mercedes-Benz" markalı 99-UL-901 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Hadisə nəticəsində BMW markalı avtomobilin sürücüsü Şövqü Kərimov və sərnişini, həyat yoldaşı Aytac Kərimova hadisə yerində ölüblər. Digər sərnişin Nurlan Kərimov isə xəsarət alıb. Hazırda faktla bağlı araşdırma aparılır", - deyə T.Nəsirli bildirib.(oxu.az)

***

09:18

Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Vasif Hüseynovun idarə etdiyi "Mercedes Actros" markalı yük avtomobili ilə Şövqi Kərimovun idarə etdiyi "BMW" markalı avtomobil toqquşub.

Nəticədə minik avtomobilin sürücüsü Şövqi Kərimov və sərnişini olan həyat yoldaşı Aytac Kərimova hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Избранный
18
19
avtosfer.az

10Источники