RU

Azərbaycanda tikinti qumu istehsalı 2,5 dəfə artıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda 130,6 min ton tikinti qumuistehsal edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 79,5min ton və ya 2,5 dəfə çoxdur.

Fevralın 1-nə olan məlumata görə, ölkədə hazır məhsul ehtiyatı10,9 min ton təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda mədənçıxarmasənayesində istehsalın ümumi dəyəri 3,3 milyard manat olmaqla,əvvəlki ilin müvafiq ayına nisbətən 5,0 faiz azalıb.

Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 2,3 milyon ton,əmtəəlik təbii qaz hasilatı isə 3,1 milyard kub metr təşkiledib.

Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayı ilə müqayisədə6,6 faiz, əmtəəlik qaz hasilatı isə 4,8 faiz azalıb.

Избранный
64
2
az.trend.az

7Источники