Avropa Liqası: "Qalatasaray" və "Fənərbağça" cavab matçına çıxır
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
aia.az xəbər verir ki, Türkiyə təmsilçisi “Qalatasaray” öz meydanında "AZ-Alkmaar"la qarşılaşacaq. İstanbul klubu Niderlandda keçirilən ilk görüşdə rəqibinə 1:4 hesabı ilə uduzmaqla mərhələ adlamaq şansını xeyli azaldıb.
Türkiyənin digər klubu "Fənərbağça" isə Belçikada "Anderlext"in qonağı olacaq. Joze Mourinyonun komandası ilk görüşdə 3:0 hesablı qələbə qazanmaqla cütün taleyini böyük ölçüdə həll edib.