RU

Xorvatiyalı futbolçu Çempionlar Liqasında tarixə düşüb

Niderlandın PSV klubunun futbolçusu İvan Perişiç UEFA Çempionlar Liqasının tarixinə düşüb.

"Report"un məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi buna İtaliya təmsilçisi "Yuventus"a əlavə vaxtda 3:1 (əsas vaxt - 2:1) hesabı ilə qalib gəldikləri pley-off mərhələsinin cavab matçında fərqlənməklə nail olub.

Səfərdə 1:2 hesabı ilə uduzduqları görüşdə də rəqib qapısına yol tapan Perişiç qitənin bir nömrəli klub turnirində ikili mübarizələrdə ardıcıl qarşılaşmalarda qol vuran ən yaşlı oyunçudur.

O, bunu 36 yaş və 17 günündə bacarıb.

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü fevralın 11-də atılacaq.

Избранный
20
2
report.az

3Источники