RU

Sabah sulu qar, qar yağacaq

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar,qar yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərindəintensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclüşimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq.Atmosfer təzyiqi 765 mm civə sütunundan 768 mm civə sütununayüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Gecə və səhər qarla müşahidə olunan güclü küləyin çovğunyaradacağı, bəzi yolların isə buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılıolacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdəintensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq.Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6°isti, dağlarda gecə 7-12°, yüksək dağlıq ərazilərdə 13-18° şaxta,gündüz 2-7° şaxta olacaq.

Bəzi rayonlarda yolların buz bağlama ehtimalı var.

Məqalədə:
Избранный
6
49
az.trend.az

10Источники