RU

Nəsimidə daha iki "avtoş"tutuldu - Hərəsinə 15 sutka verildi

Nəsimi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilən növbəti tədbir zamanı paytaxt ərazisində idarə etdikləri nəqliyyat vasitələri ilə avtoxuliqanlıq edən iki sürücü - E.Qasımov və N.Nəsirov saxlanılıblar.

Həmin şəxslər barəsində toplanmış material və sübutlar məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə onların sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunublar.

Избранный
13
7
avtosfer.az

10Источники