RU

Zeytun yağının daha bir faydası ortaya çıxdı - Oynaqlara da təsir edir

Zeytun yağının daha bir faydası ortaya çıxdı -

Dünyanın ən böyük artrit təşkilatlarından biri olan American Arthritis Foundation, zeytun yağı ilə artrit arasındakı əlaqə haqqında əhəmiyyətli məlumatları paylaşdı. Xüsusilə soyuq sıxma üsulu ilə əldə edilən sızma zeytun yağı (AOVE) heç bir kimyəvi emal edilmədən istehsal olunaraq öz qida dəyərini və təbii ətrini qoruyur. Beləliklə, bu xüsusi yağın artritə təsiri nədir? Ekspertlərin izahatlarını təqdim edirik.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, zeytun yağının sağlamlığa müsbət təsiri uzun illərdir elmi araşdırmaların mövzusudur. Journal of the American College of Cardiology (JACC) jurnalında dərc edilən bir araşdırma, gündə 7 qramdan çox (təxminən yarım qaşıq) zeytun yağı istehlakının ürək xəstəlikləri, xərçəng, neyrodegenerativ pozğunluqlar və tənəffüs problemlərindən ölüm riskini azaldır.

Artrit, oynaqlara təsir edən bir qrup iltihabi xəstəlikləri təsvir edən ümumi bir termindir. Oynaqlarda ağrı, sərtlik, şişlik və məhdud hərəkətə səbəb ola bilər. Artrit bir çox növü olan və yaşa, genetik faktorlara və ya həyat tərzinə görə inkişaf edə bilən xroniki bir vəziyyətdir.

Amerika Artrit Fonduna görə, əlavə soyuq sıxım zeytun yağı immunitet sisteminin həddindən artıq reaksiyası nəticəsində yaranan iltihablı xəstəliklər üçün mühüm qoruyucu ola bilər. Xüsusilə romatoid artrit və lupus kimi xəstəliklərə müsbət təsir etdiyi bildirilir.

Araşdırmalar göstərib ki, zeytun yağının tərkibindəki polifenollar iltihabı azaldır və oynaq ağrılarını aradan qaldırır. Üstəlik, bu faydalar yalnız oynaqlarla məhdudlaşmır, bütün bədənə iltihabı azaldan təsir göstərir.

Bəzi ekspertlər hesab edirlər ki, zeytun yağı Aralıq dənizi pəhrizinin sağlamlığa faydalarında əsas rol oynayır. Bununla belə, artrit simptomlarını aradan qaldırmaq üçün istehlakın dəqiq miqdarı hələ müəyyən edilməmişdir.

Zeytun yağının təkcə oynaq sağlamlığı üçün deyil, həm də ürək-damar sağlamlığı, yaşa bağlı idrakzəifləmə, 2-ci tip diabet və xərçəng riskini azaltmaq kimi bir çox sahədə fayda verdiyi elmi olaraq sübut edilmişdir.

Artrit hallarında ürək-damar sağlamlığı da böyük əhəmiyyət kəsb edir. İspan Ürək Fonduna (FEC) görə, soyuq sıxım zeytun yağı:

- Yaxşı xolesterinin (HDL) səviyyəsini artırır.
- Pis xolesterinin (LDL) səviyyəsini aşağı salır.
- Qan təzyiqini tənzimləyir.
- Tromboz riskini azaldır.

Bu təsirlər göstərir ki, zeytun yağı təkcə oynaqlar üçün deyil, həm də ümumi sağlamlıq üçün vacib qida mənbəyidir.

Elmi araşdırmalara görə, zeytun yağı artrit əlamətlərini aradan qaldırmaqla yanaşı, ümumi sağlamlığa da müsbət təsir göstərir. Bununla belə, mütəxəssislər bunun lazımi miqdarda istehlak edilməli olduğunu vurğulayırlar. Aralıq dənizi pəhrizinin təməl daşlarından biri olan bu yağ həm iltihabı azaldan, həm də ürək sağlamlığını dəstəkləyən qida dəyəri ilə diqqət çəkir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Избранный
35
3
e-saglam.az

4Источники