RU

“Fənərbaxça” onu icarəyə göndərdi

Türkiyə millisinin və “Fənərbahçe”nin futbolçusu Cengiz Ündər karyerasını ABŞ-də davam etdirəcək.

“Ölkə.az” xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Los-Anceles” klubu ilə razılığa gəlib.

Təcrübəli oyunçu MLS təmsilçisi ilə bu ilin iyun ayınadək icarə müqaviləsi imzalayacaq. Futbolçu transfer danışıqlarını yekunlaşdırmaq üçün ABŞ-yə yollanıb.

Qeyd edək ki, Cengiz Ündər “Fənərbaxça”ya 2023-cü ildə Fransanın “Marsel” klubundan keçib.

Избранный
139
44
olke.az

10Источники