RU

Astarada yaşayış evində YANĞIN: İki azyaşlı həyatını itirdi

Astarada fərdi yaşayış evində baş verən yanğın faciə ilə nəticələnib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə gecə saatlarında rayonun Kijəbə qəsəbə ərazisində qeydə alınıb.

Yanğın zamanı evdə olan iki azyaşlı həyatını itirib.

Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Избранный
11
bizim.media

1Источники