UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab görüşləri keçirilir.
Teleqraf xəbər verir ki, artıq 3 oyun başa çatıb.
Türkiyə təmsilçilərindən "Qalatasaray" Niderlandın "AZ Alkmaar" komandası ilə heç-heçə edib -2:2.
İlk oyunda 1:4 hesabı ilə uduzan "sarı-qırmızılar" iki görüşün nəticəsinə görə mübarizəni dayandırıb.
İki oyunun nəticəsinə görə, “Roma” və FCSB də 1/8 finala vəsiqəni təmin edib.
"Budö Qlimt" - "Tvente" cütlüyündə iki oyunun nəticəsinə görə qalib müəyyənləşməyib. Həmin matçda əlavə vaxt oynanılır.
Mərhələnin digər 4 oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab görüşləri
21:45. "Roma" (İtaliya) - "Portu" (Portuqaliya) – 3:2
İlk oyun - 1:1
21:45. FCSB (Rumıniya) - PAOK (Yunanıstan) – 2:0
İlk oyun - 2:1
Ətraflı
21:45. "Qalatasaray" (Türkiyə) - "AZ Alkmaar" (Niderland) – 2:2
İlk oyun - 1:4
21:45. "Budö Qlimt" (Norveç) - "Tvente" (Niderland) – 3:2 (əlavə vaxt oynanılır)
İlk oyun - 1:2
00:00. "Real Sosyedad" (İspaniya) - "Midtüllann" (Danimarka)
İlk oyun - 2:1
00:00. "Anderlext" (Belçika) - "Fənərbağça" (Türkiyə)
İlk oyun - 0:3
00:00. "Ayaks" (Niderland) - "Yunion" (Belçika)
İlk oyun - 2:0
00:00. "Viktoriya Plzen" (Çexiya) - "Ferentsvaroş" (Macarıstan)
İlk oyun - 0:1.