ABŞ və Ukrayna faydalı qazıntılarının istifadəsi ilə bağlı sazişin “təkmilləşdirilmiş” variantını müzakirə edirlər.
Publika.az xəbər verir ki, bu barədə “Axios” məlumatlı mənbələrə istinadən yazıb.
ABŞ və Ukrayna rəsmiləri bildiriblər ki, Donald Trampın administrasiyası bir neçə günlük danışıqlardan sonra “prezident Vladimir Zelenskinin bəzi narahatlıqlarını nəzərə alan” sənədin yenilənmiş variantını Ukraynaya təhvil verib. Xüsusilə, “Axios”un mənbələrindən birinə görə, yenilənmiş layihə sənədi Ukrayna qanunvericiliyinə uyğunlaşdıran "əhəmiyyətli təkmilləşdirmələri" ehtiva edir. Məsələn, əməliyyatın Nyu-York məhkəməsinin yurisdiksiyasında olacağını bildirən bənd çıxarılıb. Bu müddəa faktiki olaraq Ukraynanın qeyri-məhdud müddətə “iqtisadi müstəmləkəçiliyi” demək idi ki, bu da Almaniya və Yaponiyaya İkinci Dünya Müharibəsində məğlub olduqdan sonra tətbiq edilən təzminatlardan daha pisdir.
Son günlər ABŞ və Ukrayna arasında münasibətlər Ukrayna faydalı qazıntıları ilə bağlı mümkün razılaşmaya görə gərginləşib. Razılaşmanın bir hissəsi olaraq Tramp administrasiyası hərbi yardım müqabilində Ukraynadan resurs hasilatından əldə edilən gəlirlərin 50 faizini və “üçüncü tərəflərə verilən bütün yeni lisenziyaların” dəyərinin 50 faizini bölüşməsini tələb edib. O, həmçinin bildirib ki, sövdələşmə Ukraynanın hər hansı digər ticarət razılaşmalarından üstün olacaq. Zelenski iki dəfə sazişi imzalamaqdan imtina edib, onun yekunlaşmalı olduğunu və sazişin parlament tərəfindən təsdiqlənməsi lazım olduğunu əsas gətirib. Nəticədə, Münhen konfransından sonra ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz sövdələşmənin iflasa uğramasından “çox məyus olduğunu” söylədi. “