RU

Bakıda ticarət dövriyyəsinin həcmi 4,6% artıb

24-cü ildə Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2023-cü illə müqayisədə 4,6 faiz artaraq 37 756,2 milyon manat olub.

Finss.az Bakı Şəhər Statistika İdarəsinin məlumatına əsasən xəbər verir ki, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 2,5 faiz artaraq 21 339,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,6 faiz artaraq 16 416,8 milyon manata bərabər olub.

İstehlak məhsullarının 32,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 55,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,8 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

Fuad Mədətov
Finss.az

Избранный
3
7
fins.az

9Источники