RU

ABŞ Ər-Riyad görüşünün detallarını açıqladı: Ukraynanın ərazi bütövlüyü

Rusiya və ABŞ-ın yüksək səviyyəli nümayəndə heyətlərinin ikitərəfli görüşündə Ukraynanın ərazi bütövlüyü məsələsi müzakirə olunmayıb.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio deyib.

O, danışıqların başqa məqsədinin olduğunu da qeyd edib. Lakin heç bir təfərrüat verməyib. O əlavə edib ki, görüşdə Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsi qaldırılmayıb. Rubio qeyd edib ki, söhbət hələ o mərhələyə çatmayıb.

Dövlət katibi Ukrayna münaqişəsini Rusiya ilə ABŞ arasında əməkdaşlığa maneə adlandırıb.

Избранный
8
publika.az

1Источники