Rusiya və ABŞ-ın yüksək səviyyəli nümayəndə heyətlərinin ikitərəfli görüşündə Ukraynanın ərazi bütövlüyü məsələsi müzakirə olunmayıb.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio deyib.
O, danışıqların başqa məqsədinin olduğunu da qeyd edib. Lakin heç bir təfərrüat verməyib. O əlavə edib ki, görüşdə Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsi qaldırılmayıb. Rubio qeyd edib ki, söhbət hələ o mərhələyə çatmayıb.
Dövlət katibi Ukrayna münaqişəsini Rusiya ilə ABŞ arasında əməkdaşlığa maneə adlandırıb.