Fövqəladə Hallar Nazirliyi yolların buz bağlaması hallarında piyadalara bəzi tövsiyələr edib.
“Qafqazinfo” xəbər verir ki, müraciətdə bir sıra qabaqlayıcı tədbirlər yer alıb:
- ayaqqabını sürüşməyə qarşı hazırlayın - ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;
- ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;
- yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;
- sürüşsəniz zərbənin gücünü azaltmaq ücün oturun;
- yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;
- sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.