Donald Trampın prezidentliyi dövründə İran nüvə silahına malik olmayacaq.
Demokratikmusavat.com xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.
"Düşünürəm ki, burada heç bir şübhə olmamalıdır. İran Donald Trampın dövründə nüvə silahı əldə etməyəcək", - deyə o, jurnalistə müsahibəsində bildirib.
Xatırladaq ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-la danışıqların qeyri-mümkün olduğunu deyib. Buna səbəb isə ABŞ-nin onları aldatdığını bildirib.
Həmidə İbrahimova